"Kifayət qədər çətin oyun oldu. Qapımız qarşısındakı sahələri bağlamağa çalışdıq və bunu yaxşı bacardıq"

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi AVRO-2024-ün seçmə mərhələsində öz meydanında Macarıstanla qolsuz bərabərə qalıb. Matc.az xəbər verir ki, start heyətində çıxış edən və 72-ci dəqiqədə əvəzlənən Veşoviç görüşlə bağlı fikirlərini bölüşüb.

Sağ cinah müdafiəçisi oyundan və nəticədən razılıq bildirib: "Kifayət qədər çətin oyun oldu. Qapımız qarşısındakı sahələri bağlamağa çalışdıq və bunu yaxşı bacardıq. Əlimizə düşən azsaylı imkanlardan isə yararlana bilmədik. Bir epizodda top tirə dəydi, bəxtimiz gətirmədi. Ancaq nəticə realdı, bir xalla kifayətlənmək olar. Məncə, macarlar bizi çox qiymətləndirmədilər. Heç kimin bizdən burada asan xal ala bilməyəcəyini göstərdik".

Qeyd edək ki, "Qarabağ"ın digər üzvü Marko Yankoviç isə görüşü əvəz edilmədən keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest