"Fikrimcə, məni komandada vacib oyunçu hesab edirlər". Matc.az xəbər verir ki, bu fikirlər "Liverpul"un futbolçusu Vircil van Deykə məxsusdur.

İngilis klubundakı mövqeyindən danışan niderlandlı müdafiəçi bildirib ki, vacib futbolçu olmasaydı, bu barədə ona xəbər verərdilər: "Belə olmasaydı, bundan çoxdan xəbərdar olardım. Baş məşqçi ilə yaxşı münasibətim, klubla iki illik müqaviləm var, hər şey qaydasındadır. özümü həssas hiss etmirəm. Bəli, ötən mövsüm olduqca gərgin, çoxlu eniş-yoxuşlarla keçdi. Ancaq insanlar başa düşməlidirlər ki, biz robot deyilik".

Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest