19 İyun 2023, 09:22
FUTBOL
Futbolçunun transfer məbləği də artıq məlumdu. İsveçrəlilər onun keçidindən 1,5 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Trabzonspor"da oynamaq variantı gündəmdən düşmür. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqa təmsilçisi 24 yaşlı forvardla bağlı araşdırmalarını davam etdirir.
Bildirilir ki, baş məşqçi Nenad Byelika İsveçrənin "Qrasshoppers" klubunun üzvünün oyunlarının videolarını izləməklə məşğuldu. Menecerlər tərəfindən təklif olunan Dadaşovla bağlı skautlar da raport hazırlayır.
Futbolçunun transfer məbləği də artıq məlumdu. İsveçrəlilər onun keçidindən 1,5 milyon avroluq gəlir əldə etməyi planlaşdırır. Ancaq "Trabzonspor" rəhbərliyi ilk növbədə azarkeşləri həyəcanlandıracaq oyunçular axtarır. Yəni Dadaşov onlar üçün prioritet deyil.
Qeyd edək ki, "Qrasshoppers"ə ötən ilin yayında keçən Renat Dadaşovun müqavilə müddəti 2023-24 mövsümünün sonuna qədərdi.