Panamanın heyətində "Turan Tovuz"un müdafiəçisi Roderik Miller də bu qarşılaşmanın iştirakçısı olub. Matçı əvəz edilmədən keçirən Miller 90+1-ci dəqiqədə sarı vərəqə alıb.

Meksika yığması KONKAKAF Millətlər Liqasında üçüncü yeri tutub. Matc.az saytı xəbər verir ki, adıçəkilən komanda son görüşdə Panama üzərində 1:0 hesablı qələbə qazanaraq, bürünc mükafata yiyələnib.
 
Panamanın heyətində "Turan Tovuz"un müdafiəçisi Roderik Miller də bu qarşılaşmanın iştirakçısı olub. Matçı əvəz edilmədən keçirən Miller 90+1-ci dəqiqədə sarı vərəqə alıb. Yeganə qola 4-cü dəqiqədə Xesus Qalyardo imza atıb.
 
KONKAKAF Millətlər Liqasının qalibi isə ABŞ yığması olub. Bu komanda finalda Kanadanı 2:0 hesabı ilə üstələyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest