İspaniya yığması Millətlər Liqası-2023-ün finalında Xorvatiyaya qalib gəlib. Matc.az xəbər verir ki, Rotterdamda baş tutan və 0:0 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında ispanlar 5:4 hesablı qələbə qazanıblar.
 
İspanların qapıçısı Unay Simon rəqibin heyətində Lovro Maer və Bruno Petkoviçin zərbəsini dəf edib. Bununla Simon millinin heyətində oyunsonrası penalti seriyasında qaytardığı zərbə sayını 6-ya çatdırıb və yeni rekorda imza atıb. Ona qədər rekordçu 5 zərbə dəf edən İker Kasilyas olub.
 
Qeyd edək ki, bu, həm də İspaniya yığmasının 11 ildən sonra ilk titulu olub. "Buğalar" axırıncı dəfə 2012-ci ildə Avropa çempionluğunu qazanmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest