19 İyun 2023, 11:20
FUTBOL
PSJ-nin yeni baş məşqçisi Luis Enrike olacaq. Matc.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
Bildirilib ki, 53 yaşlı ispaniyalı mütəxəssis Fransa klubu ilə 2 illik müqavilə imzalayacaq. Razılığa əsasən, sözləşmənin daha 1 il müddətinə uzadılması bəndi olacaq. O, daha əvvəl "Barselona", "Roma", İspaniya millisi və "Selta"nı çalışdırıb.
Qeyd edək ki, PSJ ötən mövsüm Kristof Qaltyenin rəhbərliyi altında Fransa Superkubokunu və Liqa1-i qazanıb.