21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qırğızıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, sabahkı qarşılaşmanı yerli briqada idarə edəcək.
 
"Dalğa Arena"dakı oyunun ədalət təmsilçisi Tural Qurbanov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmamı köməklik göstərəcəklər. Matçın dördüncü hakimi funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.
 
Qeyd edək ki, oyun saat 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest