19 İyun 2023, 11:54
FUTBOL
"Sabah" tarixində ilk dəfə çıxış edəcəyi Konfrans Liqasının ev oyunlarından əldə ediləcək gəlirin hamısını özünə götürməyəcək. Matc.az xəbər verir ki, Bakı klubu bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, avrokuboklarda evdə keçiriləcək qarşılaşmaların bilet satışından əldə ediləcək gəlirin bir hissəsi işğaldan azad olunmuş torpaqların bərpası üçün ayrılacaq. Qərara əsasən, satılacaq hər biletdən 1 manat Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, "Sabah" Konfrans Liqasına II təsnifat mərhələsindən qoşulacaq.