Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov karyerasını bitirmək fikrindən vaz keçib. 35 yaşlı mərkəz müdafiəçisi daha bir il Misli Premyer Liqasında çıxış edəcək.

Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov karyerasını bitirmək fikrindən vaz keçib. Matc.az saytının əldə etdiyi məlumata görə, 35 yaşlı mərkəz müdafiəçisi daha bir il Misli Premyer Liqasında çıxış edəcək.
 
Hüseynov 10 ildir formasını geyindiyi "Sumqayıt"dan bu yay ayrıldıqdan sonra karyerasını bitirdiyini açıqlamışdı. Lakin futbolçu "Kəpəz"in təklifindən sonra qərarını dəyişib. O, Gəncə klubu ilə 1 illik müqaviləyə qol çəkib. "Turan Tovuz"un yetirməsi yeni mövsümdə əzəli rəqib "Kəpəz"in şərəfini qoruyacaq.
 
Qeyd edək ki, Vurğun Hüseynov 2013-cü ildən "Sumqayıt"da çıxış edib. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest