Fransa millisinin hücumçusu Olivye Jiru AVRO-2024-ün seçmə mərhələsində Yunanıstanla oyunda iştirak edib. Matc.az xəbər verir ki, bu, forvardın millidə 124-cü görüşü olub.
 
Bu göstərici ilə Jiru üçüncü pilləyə yüksəlib. O, Fransa yığmasının sabiq qolçusu Tyerri Anrini oyun sayında üstələyib. İndi Jirunu yalnız Lilian Türam (142 oyun) və Uqo Lyoris (145) qabaqlayır.
 
Qeyd edək ki, Fransa millisi Yunanıstanı Kilian Mbappenin yeganə qolu sayəsində 1:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest