PSJ-nin qapıçısı Serxio Riko reanimasiyadan çıxarılıb. Matc.az xəbər verir ki, 29 yaşlı ispaniyalı adi palataya köçürülüb.
 
üç həftə reanimasiyada komada qalan Rikonun vəziyyətinin stabil olduğu açıqlanıb.
 
Qeyd edək ki, Serxio Riko mayın 28-də atından yıxılaraq ağır xəsarət alıb və tibbi helikopterlə xəstəxanaya çatdırılıb. Orada oyunçuya beyin qanaması diaqnozu qoyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest