20 İyun 2023, 10:26
FUTBOL
Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, "Tottenhem"in yarımmüdafiəçisi Son Xın Min "Əl İttihad"dan fantastik təklif alıb.
Adıçəkilən komanda 30 yaşlı hücumameyilli oyunçunun keçidi müqabilində londonlulara 60 milyon avro təklif edib. Cənubi Koreya millisinin üzvü razılıq versə, illik 30 milyon avro maaş olmaqla 4 mövsümlük müqavilə imzalayacaq.
Qeyd edək ki, daha əvvəl fransalı hücumçu Benzema "Əl-İttihad"a keçib. "çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante də klubla razılığa gəlib.