"Artıq altı ay keçib. Bu yarım ildə yaşadıqlarımızdan həzz almaq üçün nə qədər mübarizə apardığımızı düşünməkdən özümü saxlaya bilmədim". Matc.az xəbər verir ki, bu fikirlər Lionel Messiyə məxsusdur. 
 
35 yaşlı argentinalı sosial mediada Qətərdə keçirilmiş dünya çempionatında Argentina millisinin qazandığı zəfərlə bağlı paylaşım edib. Onun paylaşdığı postda mundialda fotolar yer alıb: "Dünya çempionatının nəticələrini şəkillərlə yekunlaşdırmaq mümkün deyil. Onlar heç bir alboma sığmaz. Tez-tez ağlıma gələn anları sizinlə bölüşmək istədim" - deyə, Messi yazıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest