20 İyun 2023, 12:26
FUTBOL
"Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yarımmüdafiəçi Murad Xaçayevi komandada saxlayıb.
25 yaşlı orta sahə oyunçusu Premyer Liqa klubu ilə yeni müqavilə imzalayıb. Millimizin üzvü başa çatan sözləşməsini 2+1 il müddətinə uzadıb.
Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"ın formasını geyinir. Bu müddətdə o, 84 oyuna çıxıb, 6 qol vurub.
Qeyd edək ki, "Sumqayıt" Murad Xaçayevə qədər müdafiəçi Elvin Bədəlovla da yeni müqavilənin şərtlərini razılaşdırıb.