Qapıçı Klaudio Bravo "Real Betis"lə müqaviləsini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub. 
 
Bravo 2020-ci ildən bu komandada çıxış edir. 40 yaşlı çilili qolkiper ümumilikdə 65 rəsmi oyun keçirib. Daha əvvəl Klaudio 2015-ci ildə çempionlar Liqasının qalibi olan "Mançester Siti" və "Barselona"da oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest