İslandiya ilə qarşılaşma Ronaldonun millidə 200-cü oyunu olub. İndiyə qədər heç kim bu saya çata bilməyib.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Ginnesin Rekordlar Kitabına düşüb. Matc.az xəbər verir ki, 38 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsində İslandiya ilə oyundan əvvəl Ginnesin Rekordlar Kitabından sertifikat alıb.
 
Forvard dünyanın bütün oyunçuları arasında milli komandanın heyətində ən çox matçda iştiraka görə buna nail olub. İslandiya ilə qarşılaşma Ronaldonun millidə 200-cü oyunu olub. İndiyə qədər heç kim bu saya çata bilməyib.
 
Portuqaliyalıya ən yaxın göstərici küveytli Bader Əl-Mutavadıya məxsusdu. O, yığmanın heyətində 196 dəfə meydana çıxıb.
Qeyd edək ki, Portuqaliya millisi məhz Kriştiano Ronaldonun yeganə qolu sayəsində İslandiyanı məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest