Qanalı hücumçu Asamoa Qyan karyerasını başa vurub. Matc.az xəbər verir ki, 37 yaşlı forvard Akkrada keçirilən tədbirdə çıxış edərək bunu açıqlayıb.
 
Asamoa 109 matçda 51 qol vuraraq, Qana millisi tarixinin ən məhsuldar oyunçusu ünvanına yiyələnib. Futbolçu yığmanın heyətində 3 dəfə dünya çempionatında çıxış edib, 3 dəfə isə Afrika Millətlər Kubokunda medal qazanıb - 3 gümüş, 1 bürünc.
 
Qeyd edək ki, Asamoa Qyan karyerası ərzində İtaliya, Fransa, İngiltərə kimi ölkələrdə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest