25 yaşlı oyunçuya qədər Tərlan Əhmədli, Kamal Bayramov, Şəhriyar Əliyev, Ayxan Quseynov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimov da "Turan Tovuz"la yeni sözləşməyə qol çəkmişdilər.

"Turan Tovuz"da daha bir futbolçunun durumuna aydınlıq gəlib. Matc.az saytının əldə etdiyi məlumata görə, hücumçu Belaydi Pusi növbəti mövsümü də Misli Premyer Liqasında keçirəcək.
 
çünki albaniyalı forvardın yeni müqavilə ilə bağlı tovuzlularla danışığı müsbət yekunlaşıb. Tərəflər başa çatan müqavilənin daha bir il uzadılmasında ortaq məxrəcə gəliblər.
 
25 yaşlı oyunçuya qədər Tərlan Əhmədli, Kamal Bayramov, Şəhriyar Əliyev, Ayxan Quseynov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimov da "Turan Tovuz"la yeni sözləşməyə qol çəkmişdilər.
 
Qeyd edək ki, Belaydi Pusi ötən mövsüm çempionatda 18 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest