22 İyun 2023, 09:22
FUTBOL
"Fənərbaxça" yay fasiləsində ilk transferini reallaşdırıb. Matc.az xəbər verir ki, Türkiyə klubu heyətini tanınmış futbolçu ilə gücləndirib.
Belə ki, İstanbul təmsilçisi bir müddətdi danışıq apardığı Edin Dzekonun transferini rəsmən açıqlayıb. Bosniya və herseqovinalı oyunçu bu gün Türkiyəyə yollanaraq, "sarı-lacivərdlilər"də tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Edin Dzekonun son klubu "İnter" olub.