PSJ-nin hücumçusu Neymar hamilə sevgilisi Bruna Byankardidən üzr istəyib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu xanımına xəyanət etdiyini boynuna alıb.
Neymar sosial şəbəkədə paylaşımında, ictimaiyyət qarşısında ondan üzr istəyib:
"Bunu həm bizim, həm də ailəmiz üçün edirəm. Sənə ehtiyacım var. Sənin üçün nə qədər çətin olduğunu, necə əziyyət çəkdiyini və yanımda olmaq istədiyini bilirəm. Səhv etdim. Meydanda və ondan kənarda hər gün səhv edirəm. Şəxsi həyatımda, ailəm və dostlarımla ünsiyyətdə olan səhvlərə görə yalnız özüm cavabdehəm. Bütün bunlar həyatımdakı ən özəl insanlardan birinin üzərinə çökdü. Yanımda olmasını arzuladığım qadın. Uşağımın anası. Səhvlərimə görə artıq üzr istəmişəm, lakin bunu ictimai şəkildə etiraf etmək ehtiyacı hiss edirəm".
Neymar bildirib ki, üzrxahlıq açıq olmalıdır: "özümü sənsiz təsəvvür edə bilmirəm. Bacarıb-bacarmayacağımızı bilmirəm, amma cəhd etmək istədiyimə əminəm".
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-nin formasını geyinir.