Bildirilib ki, 8 il əvvəl Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" önündə məğlubiyyət (1:1, 0:1) acısı çəkən mütəxəssis bu dəfə Konfrans Liqasının II təsnifat mərhələsində revanşı almaq arzusundadı.

"Qəbələ" "Omoniya"nın baş məşqçisi Sofronis Auqusti üçün yad komanda deyil. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis artıq bir dəfə "qırmızı-qaralar"a avrokuboklarda rəqib olub.
 
Bu, 2015-16 mövsümünə təsadüf edib. Həmin vaxt Auqusti ölkənin digər komandası olan "Apollon"un köməkçi məşqçisi kimi fəaliyyət göstərib.
 
Bildirilib ki, 8 il əvvəl Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" önündə məğlubiyyət (1:1, 0:1) acısı çəkən mütəxəssis bu dəfə Konfrans Liqasının II təsnifat mərhələsində revanşı almaq arzusundadı.
 
Qeyd edək ki, "Qəbələ" "Omoniya" ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest