"Zirə" daha bir transferini açıqlayıb. Matc.az xəbər verir ki, Bakı klubu "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə heyətini gücləndirib.
 
25 yaşlı orta sahə oyunçusu 2023-24 mövsümünü icarə əsasında qəsəbə təmsilçisində keçirəcək. İbrahimli karyerası ərzində "Şüvəlan" və MOİK-də də çıxış edib. O, ötən mövsüm Premyer Liqada 17 oyun keçirib.
 
Qeyd edək ki, "Zirə" daha əvvəl "Qəbələ"nin müdafiəçisi Məqsəd İsayevi transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest