"çelsi"nin kapitanı Sezar Aspilikueta karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "İnter" londonluların sağ cinah müdafiəçisini transferlər siyahısına daxil edib. 
 
Artıq hər iki komanda arasında ilkin danışıqlar olub. Milan təmsilçisi 33 yaşlı futbolçunun transferini ən qısa zamanda başa çatdırmaq fikrindədir.
 
Aspilikueta "çelsi"yə 2012-ci ildə 8,8 milyon avroya "Marsel"dən keçib. O, 2022/2023 mövsümündə "çelsi"nin heyətində 32 oyun keçirib və 4 sarı vərəqə qazanıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest