Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına ev sahibliyi etmək fikrindən imtina edib. Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
 
Səudiyyə Ərəbistanı Dç-2030-a ev sahibliyi etmək üçün Yunanıstan və Misirlə birgə ərizə təqdim etməli idi. Amma xarici işlər naziri tərəfdaşlara ərizədən geri çəkildiklərini bildirib.
 
Səudiyyə Ərəbistanı İspaniya, Portuqaliya və Mərakeşin birgə təklifini üstələməyi qeyri-mümkün hesab edir.
 
Bu isə o deməkdi ki, İspaniya, Portuqaliya və Mərakeşin bu baxımdan əsas rəqibləri Argentina, Uruqvay, Paraqvay və çili olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest