23 İyun 2023, 16:30
FUTBOL
"Neftçi"nin Sankt-Peterburqda keçiriləcək "Matç TV" turnirindəki digər iki oyununun da hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, təşkilatçılar Azərbaycan təmsilçisinin "Srvena Zvezda" və "Fənərbaxça" ilə görüşlərini idarə edəcək referilərin adlarını açıqlayıb.
İyulun 8-də Serbiya klubu ilə baş tutacaq matçda Artyom Lyubomov baş hakim olacaq. Ona Raşid Abusuyev və Dmitri Yermakov kömək edəcəklər. Nikolay Voloşin VAR hakimi kimi fəaliyyət göstərəcək.
"Ağ-qaralar" iyulun 15-də "Fənərbaxça" ilə üz-üzə gələcək. Bu oyunda Pavel Şadıxanov ədaləti qoruyacaq. Valentin Muraşovla Denis Bereznyov laynsman, Roman Qalimov isə VAR hakimi kimi iş başında olacaq.
Qeyd edək ki, "Neftçi"nin "Zenit"lə iyulun 1-dəki ilk qarşılaşmasını digər yerli referi Artyom çistyakov idarə edəcək.