23 İyun 2023, 16:47
FUTBOL
"Səbail"in kapitanı Rahid Əmirquliyev karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Bildirilib ki, 2018-ci ildən qəsəbə təmsilçisinin formasını geyinən 34 yaşlı yarımmüdafiəçi futboldan getmək qərarına gəlib. Millimizin sabiq üzvü "Səbail"lə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyun keçirib ki, bu baxımdan rekordçudu. O, karyerası ərzində "Şahdağ", "Xəzər Lənkəran" və "Qarabağ"ın da formasını geyinib.
Əmirquliyev 2007-2018-ci illər aralığında Azərbaycan yığmasının heyətində 60 oyun keçirib, 3 qola imza atıb.