Müqavilə ilə "Başakşehir"ə məxsus olan Mert növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi "Bandırmaspor"un heyətində keçirəcək.

Azərbaycan millisinin müdafiəçisi Mert çelikin yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, "Neftçi"dən ayrılan 23 yaşlı futbolçu Türkiyəyə qayıdıb.
 
Müqavilə ilə "Başakşehir"ə məxsus olan Mert növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi "Bandırmaspor"un heyətində keçirəcək. O, sosial şəbəkədəki paylaşımında komandanın Super Liqaya vəsiqə qazanması üçün əlindən gələni edəcəyini bildirib.
 
Qeyd edək ki, Mert çelik 2020-2023-cü illər aralığında icarə əsasında "Neftçi"nin formasını geyinib. Müdafiəçi keçən mövsüm Premyer Liqada 12 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest