24 İyun 2023, 09:46
FUTBOL
"Kəpəz"dən ayrılan nigeriyalı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu növbəti mövsümü "Qəbələ"də keçirəcək.
"Qəbələ" yay fasiləsində ilk transferini reallaşdırıb. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzaya ilə anlaşıb.
Bunu bölgə təmsilçisi rəsmi saytı vasitəsilə paylaşıb.
"Kəpəz"dən ayrılan nigeriyalı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu növbəti mövsümü "Qəbələ"də keçirəcək.
Qeyd edək ki, Ahmed Ayzaya Azərbaycanda "Zirə" və "Kəpəz"də çıxış edib. O, Misli Premyer Liqasında ümumilikdə 42 oyuna çıxıb, 5 qol vurub.