24 İyun 2023, 11:23
FUTBOL
Sankt-Peterburqda təşkil olunacaq "PARI Premyer" turnirində "Neftçi"nin rəqiblərindən olan "Zenit" heyətinə iki yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Rusiya klubu Azərbaycan təmsilçisi ilə oyunöncəsi yarımmüdafiə xəttini gücləndirib.
Hər iki oyunçu Braziliyanın "Korintians" klubundan transfer edilib. Belə ki, 22 yaşlı Qustavo Mantuan 3, 23 yaşlı Du Keyruş isə 2 illik müqavilə imzalayıb. Hər iki oyunçu artıq komandanın təlim-məşq toplanışına qoşulub. Hazır olacaqları təqdirdə, turnirin ilk turunda "Neftçi" ilə görüşdə debüt edə biləcəklər.
Qeyd edək ki, "Zenit" – "Neftçi" oyunu iyulun 1-də "Qazprom Arena"da keçiriləcək.