"Mançester Yunayted"in Meyson Mauntu transfer etmək cəhdi yenə uğursuz nəticələnib. Matc.az "The Athletic"ə istinadən xəbər verir ki, "çelsi" yarımmüdafiəçini 50 milyon funt-sterlinqə satmağa razı olmayıb.
 
London təmsilçisi Maunt  üçün 58 milyon və əlavə ödənişlər şəklində daha 7 milyon tələb edir. Tərəflər kompromis tapmaq və sövdələşməni reallaşdırmaq üçün görüş təşkil etmək istəyirlər.
 
Tərəflər ümid edirlər ki, ən qısa zamanda razılaşmaq mümkün olacaq ki, Maunt vaxtında yeni komandanın heyətində mövsümün hazırlıqlarına başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest