"Qəbələ"dən ayrılan Ruan Renatonun yeni komandası müəyyənləşib. Matc.az saytının məlumatına görə, braziliyalı müdafiəçi karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
 
çünki 29 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın digər təmsilçisi "Zirə" ilə anlaşıb. "Qəbələ"nin yeni müqavilə təklifini qəbul etməyən Renato paytaxt təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb. Tərəflər 2 illik müqavilənin bütün şərtlərində razılaşıblar.
 
Qeyd edək ki, Ruan Renato ötən mövsüm Premyer Liqada keçirdiyi 33 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest