24 İyun 2023, 13:28
FUTBOL
"Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən "Neftçi" azarkeşlərinə çox təşəkkür edirəm"
"Neftçi"nin sabiq futbolçusu Mert çelik Bakı klubu ilə vidalaşıb. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi instaqram səhifəsindəki paylaşımında "ağ-qaralar"da gözəl günlər keçirdiyini yazıb. Millimizin üzvü burada çox uğurlara imza atdığını vurğulayıb:
"Hörmətli "Neftçi" ailəsi. Karyeramda çempionluq, avrokuboklarda oynamaq, Azərbaycanın əsas millisinə dəvət kimi ilkləri yaşadım. Bütün bunlarda ən böyük pay sahibi olan "Neftçi" ilə vidalaşmaq zamanıdı. Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən "Neftçi" azarkeşlərinə çox təşəkkür edirəm".
Qeyd edək ki, 2020-ci ildən bəri "Neftçi"nin formasını geyinən Mert çelik növbəti mövsümü icarə əsasında TFF I Liqa təmsilçisi "Bandırmaspor"da keçirəcək. O, müqavilə ilə "Başakşehir"ə məxsusdu.