"Qarabağ" Portuqaliyanın "Şaveş" klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatır. Matc.az xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb.
 
"Köhlən atlar"ın təcrübəli vinger üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilib.
 
İddiaya görə, "Qarabağ" "sambaçı"nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.
 
Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin "Atletiko Paranaense", "Portimonense", "Villa Nova" komandalarında, həmçinin Portuqaliya "Eştoril"ində çıxış edib. O, "Şaveş"in heyətində 76 oyuna 12 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest