28 Oktyabr 2024, 14:50
FUTBOL
“Real” rəhbərliyinin bəzi üzvləri baş məşqçi Karlo Ançelottinin istefaya göndərilməsinin tərəfdarıdı. Matc.az xəbər verir ki, Direktorlar Şurasının bir hissəsi italiyalının rəhbərliyi altında “kral klubu”nun son nəticələrindən məmnun deyil.
Xüsusən də, La Liqanın XI turunda “Barselona”ya böyükhesablı məğlubiyyət (0:4) onları bu fikrə vadar edib. Ancaq Ançelottiyə hələ də klub prezidenti Florentino Peres dəstək verir. Digər rəsmilərin fikrincə, mütəxəssis gənc futbolçulardan lazımınca yararlanmır, xüsusən də, Arda Güləri oynatmır.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. Komanda bu mövsüm La Liqada 24 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşıb.