Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmanı Şona Şukrula idarə edəcək. Ona Martina Boer və Eşli de Haan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yulia van Es yerinə yetirəcək.
VAR hakimləri: Yoxem Kampuis və Edvin van de Qraaf olacaq. Referilərin işinə ispaniyalı hakim-inspektor Marta Frias Asedo qiymət verəcək.
Görüşün UEFA nümayəndəsi fransalı Sabine Bonnin olacaq.