"Asteras"la çempionat matçında meydana sonradan daxil olan Yusuf ciddi zədə alıb.

Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Yunanıstan klubunun yeni transferi Yusuf Yazıcı sıradan çıxıb.

"Asteras"la çempionat matçında meydana sonradan daxil olan Yusuf ciddi zədə alıb. Türkiyə millisinin üzvünün sol ön çarpaz bağlarının qopduğu bildirilir. Yazıcı cari mövsümü artıq başa çatdırıb. Bu isə o deməkdi ki, Yusuf Avropa Liqasında "Qarabağ"la görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı 2025-ci il yanvarın 30-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest