28 Oktyabr 2024, 09:30
FUTBOL
Portuqaliya çempionatında Kərəm Aktürkoğlu şousu davam edir. Matc.az xəbər verir ki, türkiyəli futbolçu liqanın 9-cu turunda "Rio Ave" ilə matçda da sözünü deməyi bacarıb.
“Benfika”nın 5:0 hesablı qələbəsi ilə nəticələnən görüşdə Kərəm het-trikə imza atıb. O, 12, 16 və 45+2-ci dəqiqədə rəqibi məyus edib. Bununla da Aktürkoğlu Portuqaliya çempionatında vurduğu qolların sayını 5-ə çatdırıb. Türkiyə yığmasının üzvü Çempionlar Liqasında isə 3 oyuna 3 qol vuraraq bombardirlər siyahısında yer alıb.
Qeyd edək ki, Portuqaliya çempionatında 8 oyundan sonra aktivində 19 xal olan "Benfika" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.