28 Oktyabr 2024, 15:11
FUTBOL
İngiltərə Premyer Liqasının IX turunda keçirilən “Arsenal” – “Liverpul” oyununda qollu bərabərlik (2:2) qeydə alınıb. Matc.az xəbər verir ki, “qırmızılar”ın heyətində ikinci qolu Məhəmməd Salah vurub.
Bu, onun Premyer Liqada 163-cü qoludu. Misirli forvard Premyer Liqada vurulan qollara görə Robbi Faulerə çatıb. Hazırda onlar 8-ci yerə şərikdilər.
Yalnız Tyeri Anri (175), Frenk Lempard (177), Serxio Aquero (184), Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirer (260) daha çox qol vurublar.