28 Oktyabr 2024, 01:07
FUTBOL
"Valensiya"nın yarımmüdafiəçisi Xavi Qerra karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Goal.com" paylaşıb.
Bildirilir ki, 21 yaşlı ispaniyalı futbolçunu "Mançester Yunayted" heyətinə qatmaq istəyir.
Qerra Mançester klubundan başqa digər İngiltərə klublarının da hədəfindədir. Futbolçu ilə "Arsenal" və "Tottenhem"in maraqlandığı bildirilir.
Qeyd edək ki, bu mövsüm Xavi Qerra İspaniya çempionatında 9 oyun keçirib. "Transfermarkt" portalında 21 yaşlı futbolçunun dəyəri 20 milyon avrodur.