Bu gün "Qızıl top"un qalibi bilinəcək. Matc.az xəbər verir ki, “Qızıl top” mükafatı “France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilir.

Mükafat Parisdəki “Şatle” teatrında sahibinə təqdim ediləcək. Tədbir Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

“Qızıl top”a ən real namizəd kimi Madrid “Real”ının braziliyalı futbolçusu Vinisius Junior göstərilir.

Qeyd edək ki, “Qızıl top”un son qalibi Lionel Messidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest