“Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Rafinya Diasla yeni müqavilə bağlamaq fikrindədi. Matc.az xəbər verir ki, Kataloniya klubu artıq onunla danışıqlara start verib.

Braziliyalı yarımmüdafiəçinin “Barsa” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Rafinyanın cari mövsümdəki inamlı çıxışı onu digər klubların maraq dairəsinə salıb. Bu səbəbdən “Barsa” rəhbərliyi işini ehtiyatlı tutmaq, Rafinyanın sözləşməsinin müddətini uzatmaq niyyətindədi.

Qeyd edək ki, Rafinya cari mövsümdə bütün yarışlarda 14 oyunda 10 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest