“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini əldə edib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yayılıb.

Yubiley XI turun Qərb derbisinə təsadüf edib. Tovuz təmsilçisi öz meydanında “Kəpəz”i 2:1 hesabı ilə üstələyib.

Qərb klubu 30-cu qalibiyyətini 83-cü oyununda qazanıb. Tovuzlular 16 dəfə evdə, 14 dəfə isə səfərdə 3 xala nail olublar.

"Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il, avqustun 13-də “Səbail”lə səfər matçında qazanıb (1:0).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest