"Arsenal"ın əfsanəvi hücumçusu Tyerri Anrinin rekordu qırılıb. Matc.az xəbər verir ki, bu, “topçular”ın gənc futbolçusu Bukayo Saka tərəfindən edilib.

Saka Premyer Liqanın 9-cu turunda "Liverpul"la oyunun (2:2) 9-cu dəqiqəsində fərqlənərək, "Arsenal"ın ölkə çempionatında 50 qol vuran ən gənc futbolçusu adına sahib çıxıb.

Matç zamanı o, 23 yaş 52 günündə olub. Saka bu göstəriciyə 24 yaş 128 günündə çatan T.Anrini qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest