24 İyun 2023, 15:54
FUTBOL
"Qəbələ"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Omar Hani komandada qalıb.
İordaniyalı hücumameyilli futbolçu "qırmızı-qaralar"la yeni 1 illik müqavilə imzalayıb. Sazişə görə, 23 yaşlı oyunçu 2023-24 mövsümünü bölgə təmsilçisində keçirəcək.
Qeyd edək ki, Omar Hani "Qəbələ"də 2021-ci ilin yayında Kipr APOEL-indən keçib.