24 İyun 2023, 18:28
FUTBOL
"Liverpul"un futbolçusu Fabio Karvalyo Almaniyaya köçüb. Matc.az xəbər verir ki, gənc yarımmüdafiəçi "Leypsiq"ə keçib.
Klublar 20 yaşlı oyunçunun icarəyə verilməsində anlaşıblar. "Leypsiq" daha əvvəl transfer üçün 12 milyon avro təklif etsə də, ingilislər bunu rədd etmişdi. Müqaviləyə portuqaliyalının birdəfəlik transfer edilməsi bəndi də salınıb.
Qeyd edək ki, Fabio Karvalyo ötən mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 2 qol vurub.