25 İyun 2023, 08:40
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Argentina millisinin üzvü Fransa çempionunu tərk etmək fikrində deyil.
28 yaşlı dünya çempionu bunu Luis Enrikenin parislilərin sükanı arxasına keçmək ehtimalı ilə əlaqələndirib:
"Gələn mövsüm harada olacağımı bilmirəm. PSJ-də qalma variantını bəyənirəm, çünki komandaya Luis Enrikenin rəhbərlik edəcəyi ilə bağlı söz-söhbətlər var. Mən bu məşqçi ilə işləməkdə maraqlıyam. Onun rəhbərliyi altında məşq etməyi səbirsizliklə gözləyirəm və fürsət yaranarsa, Parisdə qalacağam".
Qeyd edək ki, Leandro Paredes 2022-23 mövsümünü icarə əsasında "Yuventus"da keçirib.