25 İyun 2023, 09:05
FUTBOL
Belçika millisinin sabiq futbolçusu Sedrik Russel 45 yaşında vəfat edib. Matc.az xəbər verir ki, buna səbəb ürəktutması olub.
Belə ki, Russel kafedə oturarkən infarkt keçirib. Təcili yardımın tez gəlməsinə və həkimlərin ona bir saat kömək etməsinə baxmayaraq, Russeli xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, karyerası ərzində 14 fərqli klubda çıxış edən Sedrik Russel 2003-cü ildə Belçika millisinin heyətində AVRO-2004-ün seçmə mərhələ oyunlarında iştirak edib.