Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni komandası hələ də bəlli deyil. Matc.az saytı xəbər verir ki, "Qarabağ"dan ayrılan forvardın Tailanda köçmək ehtimalı yüksək qiymətləndirilsə də, Şeydayevin Avropada qalmaq ehtimalı da var.

çünki Macarıstan çempionu "Ferensvaroş" hələ də ondan əl çəkmir. 27 yaşlı futbolçu hələ də Budapeşt təmsilçisi üçün mümkün transferlər arasında göstərilir. Macarıstan mətbuatı klub rəhbərliyinin onu heyətinə cəlb etmək üçün danışıqları davam etdirdiyini yazıb.

Bu keçid reallaşarsa, Şeydayev yenidən çempionlar Liqasının təsnifat mərhələsində mübarizə apara bilər, ancaq bu dəfə "Ferensvaroş"un heyətində.

Qeyd edək ki, Ramil Şeydayevin Tailand çempionu "Buriram Yunayted"lə 2 illik müqaviləni razılaşdırdığı bildirilsə də, keçid hələ baş tutmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest