25 İyun 2023, 10:23
FUTBOL
UEFA hazırda davam edən gənclər arasında Avropa çempionatında VAR sistemini tətbiq etməyə hazırlaşır. Matc.az xəbər verir ki, qitə futbol qurumu pley-off mərhələsindən etibarən bunun həyata keçirilməsini planlaşdırılır.
UEFA-nı buna vadar edən səbəb turnirin qrup mərhələsinin oyunlarında hakimlərin səhvləri olub. Xüsusən də, İtaliya - Fransa matçında (1:2) birincilərin müdafiəçisi Raul Bellanovanın zərbəsindən sonra top qapı xəttini keçsə də, hakimlər təmiz qolu hesab almayıblar.
Qeyd edək ki, U-21-lərin Avropa çempionatında hazırda qrup mərhələsinin 2-ci turu keçirilir