25 İyun 2023, 11:25
FUTBOL
Böyük Britaniyanın ən zəngin futbol adamlarının adları açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıda Azərbaycan futboluna tanış sima da var.
Vaxtilə "Qəbələ"də həm baş məşqçi, həm də prezidentin müşaviri vəzifəsində çalışmış Toni Adams ölkəsinin ən varlı futbolçularından hesab edilir. 56 yaşlı mütəxəssisin sərvəti 50 milyon dollara bərabər göstərilir.
London "Arsenal"ı və İngiltərə yığmasındakı çıxışı ilə məşhur olan Adams 2010-2011-ci illər aralığında "Qəbələ"nin baş məşqçisi postunda çalışıb. "Guardian" qəzetinin məlumatına görə, Adamsın ölkəmizdə qazancı 1 milyon funt sterlinq olub.
Yeri gəlmişkən, britaniyalı jurnalistlər Toni Adamsı "uzunqulaq" ləqəbi ilə çağırırlar. Bu ləqəb ona 1988-ci il Avropa çempionatında Marko Van Basten het-trik etdikdən sonra verilmişdi.